Omar Muradov “Neftçi”nın transfer HƏDƏFİNDƏ

Hazırda oxunan: Omar Muradov “Neftçi”nın transfer HƏDƏFİNDƏ

590481

Qazaxıstanlı yarımmüdafiəçi Omar Muradov karyerasını Azərbaycanda davam etdirə bilər.

Bizim.Media Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, 18 yaşlı futbolçu Bakı təmsilçisi “Neftçi” ilə danışıqlar aparır.

Razılaşma əldə olunacağı halda Omar Muradov klubun gənclər heyətinə qoşulacaq.

Danışıqlar artıq irəliləmə mərhələsindədir və Azərbaycan klubu futbolçu barədə Qazaxıstan komandalarından məlumat toplayıb. Məlumatda həmçinin qeyd olunur ki, Omar Muradova “Astana” və “Kaysar” klubları da maraq göstərir.

Almatı şəhərində anadan olan O.Muradov futbola “Kayrat-02”də başlayıb, 15 yaşında “Sumqayıt”a keçərək U17 yaş kateqoriyasında Azərbaycan çempionu olub. O, əsasən “10” mövqeyində çıxış edir, dəqiq ötürmələri və meydanı yaxşı görməsi ilə seçilir, həmçinin Qazaxıstanın yeniyetmələr yığmasına namizəddir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin