“Sabah”ın hücumçusu komandaya nə vaxt qoşulacaq?

Hazırda oxunan: “Sabah”ın hücumçusu komandaya nə vaxt qoşulacaq?

590403

"Sabah"ın zədəli futbolçusu Coy-Lens Mikels məşqlərə başlayıb.

Bizim.Media xəbər verir ki, almaniyalı vinger komandadan ayrı fərdi məşq edir. Mikels ötən gün "Şamaxı" ilə keçirilən yoxlama oyununda iştirak etməyib.
 

31 yaşlı futbolçu növbəti həftə kollektivlə birlikdə məşqlərə qoşulacaq. Təcrübəli oyunçunun 25 yanvar tarixində "Karvan-Yevlax"la matçda iştirak edib-etməyəcəyi sual altındadır.


Futbolçu artıq növbəti oyunlara qədər hazır olacaq.

Qeyd edək ki, Coy-Lens Mikels bu mövsüm "Sabah"ın heyətində meydana çıxdığı 21 rəsmi matçda 16 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin