Qış təlim-məşq toplanışını Azərbaycanda davam etdirən “Sabah” və “Şamaxı” yoxlama oyununda üz-üzə gəlib.
Bizim.Media xəbər verir ki, “Bank Respbulika Arena”da keçirilən qarşılaşmada “Sabah” bölgə təmsilçisini 2:0 hesabı ilə məğlub edib.
“Sabah”ın qollarını 26-cı dəqiqədə Cesse Sekidika və 29-cu dəqiqədə Stefen Ende vurublar. Bu, hər iki komandanın ilk yoxlama matçı olub.
Qeyd edək ki, “Şamaxı” yanvarın 17-də “Liv Bona Dea Arena”da U-21 millimizlə də qarşılaşacaq. “Sabah”ın isə hələlik digər rəqibi açıqlanmayıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
12:20 / 12.01.2026
“Sabah” “Şamaxı”ya QALİB GƏLDİ
Hazırda oxunan: “Sabah” “Şamaxı”ya QALİB GƏLDİ
Hazırda oxunan: “Sabah” “Şamaxı”ya QALİB GƏLDİ
590302
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































