Piriç “Neftçi”dən GEDƏ BİLƏR

Hazırda oxunan: Piriç “Neftçi”dən GEDƏ BİLƏR

590295

“Neftçi”nin qapıçısı Kənan Piriç komandadan ayrıla bilər. 

Bizim.Media xəbər verir ki, yeni baş məşqçi Yuri Vernidub Bosniya və Herseqovina yığmasının üzvündən narazıdır. 
 

Cari mövsümdə bütün oyunları əvəz olunmadan keçirən 31 yaşlı qolkiperin çıxışı ukraynalı mütəxəssisi qane etmir.


Bu səbəbdən o, Ukraynadan başqa qapıçı gətirməyə çalışır. 

Qeyd edək ki, mövsümün startı ərəfəsndə 2 illik müqavilə bağlayan Piriç isə başqa qolkiper gətiriləcəyi halda “Neftçi”də qalmayacaq. O, məşqçinin qərarını bildiyi üçün yeni klub axtarışına başlayıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin