“Bavariya” Münxendə “Volfsburq”u darmadağın etdi

Hazırda oxunan: “Bavariya” Münxendə “Volfsburq”u darmadağın etdi

590230

“Bavariya” Bundesliqanın 16-cı turunda Münxendə “Volfsburq”u qəbul edib.

Bizim.Media xəbər verir ki, qarşılaşmada ev sahibləri “Vofsburq”u darmadağın edib – 8:1.

Günün digər oyununda isə Mönxenqladbaxın “Borussiya” klubu öz meydanında “Auqsburq”u böyük hesabla məğlub edib – 4:0.
 

Turun açılış matçında Frankfurtun “Ayntraxt” və Dortmundun “Borussiya” klubları üz-üzə gəlib. Görüşdə komandalar hərəyə üç dəfə fərqlənib – 3:3. Digər görüşlərdə “Ştutqart” səfərdə “Bayer Leverkuzen” üzərində böyükhesablı qələbə qazanıb - 4:1. “Frayburq” öz meydanında “Hamburq”a qalib gəlib – 2:1. “Union Berlin” – “Maynts” və “Haydenhaym” – “Köln” görüşləri eyni hesabla başa çatıb – 2:2.


Xatırladaq ki, 16-cı tur çərçivəsində ötən gün keçirilməli olan “Verder Bremen” – “Hoffenhaym” və “St Pauli” – “Leyptsiq” görüşləri Almaniyada tüğyan edən “Elli” qasırğası ilə əlaqədar təxirə salınıb.

Hazırda Bundesliqaya 44 xalla “Bavariya” liderlik edir. “Borussiya Dortmund” 33 xalla ikincin pillədə yer alıb. Hər birinin aktivində 29 xal olan “Leyptsiq”, “Bayer Leverkuzen” və “Ştutqart” müvafiq olaraq üçüncü, dördüncü və beşinci sıralarda qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin