"Roma" səhhətində problem yaranan futbolçunu SATDI

Hazırda oxunan: "Roma" səhhətində problem yaranan futbolçunu SATDI

590083

“Roma”nın yarımmüdafiəçisi Edoardo Bove karyerasını İngiltərədə davam etdirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano X sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin məlumatına görə, 23 yaşlı italiyalı futbolçu gələn həftə Çempionşip təmsilçisi “Uotford”a keçəcək. Tərəflər transferin bütün detalları ilə bağlı razılığa gəliblər.

Qeyd edək ki, Bove bu mövsüm səhhətində yaranan problemlər səbəbindən meydana çıxmayıb.

O, ötən mövsüm A Seriyasında “İnter”ə qarşı keçirilən matç zamanı – “Fiorentina”da icarə əsasında çıxış edərkən ürək dayanması problemi ilə üzləşmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin