“Trabzonspor”un futbolçusu ərəb klubuna KEÇİR

Hazırda oxunan: “Trabzonspor”un futbolçusu ərəb klubuna KEÇİR

590057

"Trabzonspor"un müdafiəçisi Serdar Saatçı karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

Bizim.Media xəbər verir ki, "Əl-Nəsr" türkiyəli müdafiəçini icarəyə götürüb. Bu barədə "HT Sppor" məlumat yayıb.

Saatçı tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün Asiya ölkəsinə yola düşüb. Ərəblər 2,5 milyon avro ödəməklə 22 yaşlı mərkəz müdafiəçisinin transfer hüquqlarına yiyələnə biləcək.

Qeyd edək ki, "Trabzonspor" Serdar Saatçını 2024-cü ilin yayında "Braqa"dan transfer edib. Türkiyə U-21 millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində 6 rəsmi matçda
meydana çıxıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin