"Çelsi"nin futbolçusu "Middlsbro"ya KEÇDİ

Hazırda oxunan: "Çelsi"nin futbolçusu "Middlsbro"ya KEÇDİ

590028

"Çelsi"nin 20 yaşlı yarımmüdafiəçi Leo Kasldayn "Middlsbro"ya keçib.

Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Çelsi" Kasldayna verdiyi töhfələrə görə təşəkkür edib və yeni karyera mərhələsində ona uğurlar arzulayıb: "Leo'ya "Çelsi"nin inkişafına qatqısı üçün təşəkkür edirik və ona yeni komandasındakı karyerasında uğurlar arzulayırıq".

İngiltərəli yarımmüdafiəçi Çempionşip təmsilçisi ilə 2030-cu ilin yayına qədər müqavilə imzalayıb.

Kasldayn 2020-ci ilin mart ayında "Çelsi"nin akademiyasına qatılıb və bir neçə ay sonra əsas komandaya qədər yüksəlib. O, "Çelsi"nin əsas komandasında debütünü 2021-ci ilin Liqa kubokunun yarımfinalında "Middlsbro"ya qarşı etmişdi.

Transfermarkt portalına əsasən, Kasldaynın bazar dəyəri 1,1 milyon avro olaraq qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin