“Qarabağ” qış təlim-məşq toplanışının ikinci hissəsi üçün Türkiyəyə yollanıb.
Bizim.Media xəbər verir ki, komanda bir qədər əvvəl Antalyaya yola düşüb.
Qurban Qurbanovun komandası hazırlığını yanvarın 17-dək Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da keçirəcək.
Toplanış çərçivəsində “Qarabağ” yanvarın 12-də Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə saat 17:00-da (Bakı vaxtı ilə 18:00-da), yanvarın 16-da isə Polşanın “Zaqlebie Lubin” klubu ilə saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) yoxlama görüşləri keçirəcək.



Bizim.Media

- A-
- A
- A+
İdman
16:16 / 10.01.2026
"Qarabağ" da Türkiyəyə getdi - FOTO
Hazırda oxunan: "Qarabağ" da Türkiyəyə getdi - FOTO
Hazırda oxunan: "Qarabağ" da Türkiyəyə getdi - FOTO
590023
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































