"Çelsi"yə ittiham irəli sürüldü

Hazırda oxunan: "Çelsi"yə ittiham irəli sürüldü

589946

İngiltərə Futbol Assosiasiyası “Çelsi”yə qarşı rəsmi ittiham irəli sürüb.

Bizim.Media İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu qərar Premyer Liqada “Aston Villa” ilə oyunda baş verən xoşagəlməz hadisədən sonra qəbul olunub.

Hadisə dekabrın 27-də “Stemford Bric”də keçirilən və “Çelsi”nin 1:2 hesabı ilə məğlub olduğu matçdan sonra baş verib. Final fitindən dərhal sonra “Aston Villa”nın ehtiyat oyunçular skamyasına plastik su butulkası atılıb və nəticədə qonaq komandanın oyunçuları və heyəti islanıb. “Aston Villa” rəsmiləri butulkanın meydan sahiblərinin skamyasından rəqibin vaxt uzatmasına etiraz olaraq atıldığını bildiriblər.

Qeyd edək ki, qurumun diqqətindən yayınmayan bu hadisə fonunda London klubu oyunçu və ya digər üzvlərin qeyri-etik davranışına görə ittiham edilib. “Çelsi”nin bu ittihama cavab vermək üçün yanvarın 12-dək vaxtı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin