Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün ilk yoxlama görüşünü keçirib.
Bizim.Media xəbər verir ki, komanda Macarıstanın “Pakş”ı ilə qarşılaşıb. Matç rəqibin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Kimyaçılar"ın qoluna Rüstəm Əhmədzadə imza atıb.
"Sumqayıt" Misli Premyer Liqasında fasiləyə 27 xalla 5-ci pillədə yollanıb. "Pakş" isə Macarıstan NB1-ində 33 xalla 3-cüdür.
Qeyd edək ki, "gənclik şəhəri" təmsilçisi Türkiyədə daha 2 yoxlama oyununa çıxacaq. Komanda yanvarın 12-də Serbiyanın OFK, 16-da isə Xorvatiyanın “Osiyek” klubu ilə üz-üzə gələcək.
Bizim.Media

- A-
- A
- A+
İdman
19:21 / 09.01.2026
"Sumqayıt" Macarıstan klubuna böyük hesabla uduzdu
Hazırda oxunan: "Sumqayıt" Macarıstan klubuna böyük hesabla uduzdu
Hazırda oxunan: "Sumqayıt" Macarıstan klubuna böyük hesabla uduzdu
589907
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































