Qurban Qurbanov: “Şəxsi həyatımla bağlı danışmağı xoşlamıram” – VİDEO

Hazırda oxunan: Qurban Qurbanov: “Şəxsi həyatımla bağlı danışmağı xoşlamıram” – VİDEO

589832

“Şəxsi həyatım da futbolla bağlıdır. Arzum futbolda sizin, azarkeşlərin inamını itirməməkdir”.

Bizim.Media xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün keçirilən mətbuat konfransında deyib.

O, jurnalistin “futbolla bağlı hədəfiniz və şəxsi həyatınızla bağlı 3 arzunuz nədir?” sualına belə cavab verib:

“Şərt deyil ki, çempion olaq, kubok qazanaq. Mənə qarşı inam həmişə qalsın. Bu mənim üçün ən böyük amil olub. Şəxsi həyata gəldikdə, bu barədə danışmağı çox da xoşlamıram. O, başqa mövzudur. Hər yerdə istəyərəm ki, güvənim itməsin.
 

Futboldan uzaq qalmaq mümkün deyil. Hara getsəm, yenə futbolu müzakirə edirlər. Son vaxtlardakı məğlubiyyətləri müzakirə edirdilər. Bir neçə nəfəri çıxmaq şərtilə məni başa düşən 3-4 nəfər idi. Qalanlar isə yarı zarafat da olsa, “filankəsi niyə dəyişmədin?”, “bu niyə belə oldu?” kimi fikirlər bildirirdilər (gülür).


Əfsuslar olsun ki, bundan qaça bilmədim. Başlayanda deyirlər ki, “düzünü sən bilirsən, amma bu niyə belə oldu?” Ən yaxınlarım var ki, 3-4 nəfər bu barədə heç nə demirlər.

Daim yanımda olurlar, motivasiya verirlər. İnanın ki, əgər futbolçularım sağlam qayıdırlarsa, hər məşqdə sağlam, istəkli olurlarsa, bu mənim üçün istirahətdir. İstirahət etsəm də, görsəm ki, məşqim, futbolçularım yaxşı deyil, istirahətimin üstündən xətt çəkilir”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin