Nigeriya hökuməti millinin futbolçularına Afrika Millətlər Kuboku 2025-ə vəsiqə qazanmaqlarına görə nəzərdə tutulan mükafatların qısa müddət ərzində ödəniləcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən ölkənin maliyyə naziri Doris Uzoka-Anite bildirib ki, bonusların gecikməsi texniki xarakter daşıyır və əsas səbəb valyutanın çevrilməsi prosesində yaranan problemlərdir.
Onun sözlərinə görə, ödənişlərin həlli üzərində iş aparılır və yaxın günlərdə futbolçulara çatdırılacaq.
Bundan əvvəl Nigeriya yığmasının üzvləri bonuslar yenidən gecikərsə, yanvarın 10-da Afrika Millətlər Kubokunun 1/4 final mərhələsində Əlcəzairə qarşı keçiriləcək matça çıxmamaq ehtimalını gündəmə gətirmişdilər.
Qeyd edək ki, mövcud vəziyyət ölkə daxilində ciddi narazılıq yaradıb. Azarkeşlər və futbol ictimaiyyəti Nigeriya Futbol Federasiyasını tənqid hədəfinə çevirib və yerli media qurumla bağlı rəsmi araşdırma aparılmasının vacibliyini gündəmə gətirib.
Bizim.Media





























































































