“Neftçi” mövsümün sonunda müqaviləsi başa çatacaq Vensan Abubakarın gələcəyi ilə bağlı qərar verib.
Bizim.Media “Africa Foot”a istinadən xəbər verir ki, klub Abubakarla müqavilənin uzadılması variantından istifadə etməyi planlaşdırmır.
Kamerunlu hücumçu mövsümün sonunda komandadan ayrıla bilər.
Məlumata əsasən, Abubakar “Neftçi”nin yeni baş məşqçisi Yuriy Vernıdubun planlarına daxil deyil. Ukraynalı mütəxəssisin rəhbərliyə yeni hücumçunun transferini tələb etdiyi qeyd olunur.
Abubakarın mövsümün sonunda “Neftçi”dən ayrılması gözlənilir.
Qeyd edək ki, bu mövsüm “ağ-qaralar”ın heyətində 10 oyuna çıxan Vensan Abubakar 5 qol və 1 assistlə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

























































































