Ərəb klubu Bruno Fernandeş üçün 100 milyon ödəməyə HAZIRDIR

Hazırda oxunan: Ərəb klubu Bruno Fernandeş üçün 100 milyon ödəməyə HAZIRDIR

589758

“Əl-Hilal” klubu "Mançester Yunayted"in yarımmüdafiəçisi və kapitanı Bruno Fernandeşi transfer etmək üçün hazırlıqları cari transfer pəncərəsində bərpa edib.

Bizim.Media xəbər verir ki, bu barədə “indykaila News” sosial media səhifəsində məlumat verib.
 

Mənbənin məlumatına görə, Səudiyyə Ərəbistanı klubu portuqaliyalı futbolçu üçün “mankunianlılar”a 100 milyon funt sterlinq təklif etməyə hazırdır. Fernandeş həftədə 600.000 funt sterlinq (illik 28,8 milyon funt sterlinq) qazanacaq.


Fernandeş bu mövsüm bütün turnirlərdə 19 oyunda meydana çıxıb, beş qol vurub və səkkiz məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 40 milyon avrodur.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin