Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında səkkizinci tura start verilib.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Azərreyl” kollektivi ilə qarşılaşan “Turan” 3:0 hesablı qələbə qazanıb. Görüş Tovuz Olimpiya İdman Kompleksində keçirilib.
UNEC komandası isə “DH Volley”i 3:2 hesabı ilə üstələyib. Bu matç Azərbaycan Voleybol Federasiyasının idman zalında reallaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media


























































































