"Fənərbağça" heyətinə yeni qapıçı cəlb edib.
Bizim.Media xəbər verir ki, Super Liqa nəhəngi Mert Günoku rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyə millisinin üzvü ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Mert Günok "Fənərbağça"nın yetirməsidir. 36 yaşlı qolkiperin son klubu "Beşiktaş" olub.
Rəşad Rafiqoğlu, Bizim.Media


























































































