İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı baş məşqçisi adına namizədlər müəyyənləşib.
Bizim.Media turnirin rəsmi saytına istinadən xəbər verir ki, fəxri ad uğrunda 4 mütəxəssis mübarizə aparacaq.
Məlumata görə, namizədlər və onların dekabr ayı ərzindəki göstəriciləri aşağıdakı kimidir:
Mikel Arteta ("Arsenal") - 6 oyun, 5 qələbə, 1 məğlubiyyət;
Xosep Qvardiola ("Mançester Siti") - 5 oyun, 5 qələbə;
Unai Emeri ("Aston Villa") - 6 oyun, 5 qələbə, 1 məğlubiyyət;
Daniel Farke ("Lids") - 5 oyun, 2 qələbə, 3 heç-heçə.
Qalib azarkeşlər və ekspertlər arasında keçirilən səsvermənin yekununa əsasən elan ediləcək.
Xatırladaq ki, noyabr ayında bu mükafata dekabrda "Çelsi"dən ayrılan Enzo Mareska layiq görülmüşdü.
Bizim.Media


























































































