“İlin ilk ayında Azərbaycan idmançıları beynəlxalq yarışlarda uğurla çıxış ediblər”.
Bizim.Media-nın məlumatına görə, bu fikirlər Fərid Qayıbovun gənclər və idman naziri kimi fəaliyyətinin 5-ci ayının tamamına həsr etdiyi qeydlərində yer alıb.
O, güllə atıcılığı, qadın güləşi, cüdo, qılıncoynatma, atletika, qarüstü polo, şahmat və sumoda qazanılan qələbələrin gələcəyə daha böyük ümidlərlə baxmağa əsas verdiyini bildirib.
Yeni ilin dinamik başladığını vurğulayan nazir, ilk günlərdən gənclərlə iş, idman yarışlarının təşkili, federasiyalarla əməkdaşlıq, regionlarda yaşayan gənclərin inkişafı istiqamətlərində işlər aparıldığını vurğulayıb:
“Həyat göstərir ki, yeni şərait yeni qaydalar yaradır, lakin nizamlı olmaqla nəzərdə tutulan planları davam etdirmək mümkündür”.
Hesabat dövrü ərzində gördüyü işlərdən söz açan Qayıbov gənclər və idman sahəsi ilə bağlı keçirdiyi görüşlər və bölgələrə səfərləri haqqında danışıb. Xüsusən, Naxçıvandakı Ağbulaq Xizək Mərkəzinin potensialından gələcək qış olimpiyaçılarının yetişməsi üçün səmərəli istifadə etməyin mümkünlüyünə diqqət çəkən nazirin sözlərinə görə, regionlarda idmanın inkişafına diqqəti artırmaq əsas prioritetlərdəndir:
"İdman federasiyalarımızın bu çağırışa qoşularaq bölgələrdə bölmələrin və yarışların təşkilinə diqqəti artırması kütləviliyə də təkan verə bilər".
Nazir nəticə əldə etmək üçün yaxşı başlanğın olduğunu da vurğulayıb:
"Realist baxışlar, obyektiv təhlil, səmərəli müzakirələr, ardıcıl planlar. Həmçinin dövlətin dəstəyi, mütəxəssislərin təcrübəsi, gənclərin və idmançıların potensialı. Elə isə bu işin də öhdəsindən birlikdə gələcəyik".
Xatırladaq ki, Fərid Qayıbov nazir seçildiyi ilk aydan etibarən mütəmadi olaraq “Nazirin qeydləri” başlığı ilə aylıq hesabat təqdim edir.
Bizim.Media
- A-
- A
- A+
İdman
11:26 / 07.02.2022
Fərid Qayıbovdan federasiyalara ÇAĞIRIŞ – “Regionlarda idman inkişaf etdirilməlidir”
Hazırda oxunan: Fərid Qayıbovdan federasiyalara ÇAĞIRIŞ – “Regionlarda idman inkişaf etdirilməlidir”
Hazırda oxunan: Fərid Qayıbovdan federasiyalara ÇAĞIRIŞ – “Regionlarda idman inkişaf etdirilməlidir”
58967
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.