Azərbaycana Olimpiya lisenziyası qazandıran idmançı: Uşaqlıqdan qarı sevirəm

Hazırda oxunan: Azərbaycana Olimpiya lisenziyası qazandıran idmançı: Uşaqlıqdan qarı sevirəm

589632

Dünyanın ən güclü idmançılarının yarışdığı Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil etmək mənim üçün böyük qürur və şərəfdir.

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma deyib.

17 yaşlı idmançı əsas məqsədinin yarışlara ən yaxşı fiziki və psixoloji durumda qatılmaq və maksimum nəticə göstərmək olduğunu bildirib: “Azərbaycanı bu cür mötəbər arenada təmsil etmək mənə güclü məsuliyyət və motivasiya verir. Xüsusilə Azərbaycan və daim mənə dəstək olan komandamız üçün böyük fəxarətlə mübarizə aparacağam. Nəzərə alsaq ki, dağ xizəkçiliyi Azərbaycanda geniş yayılmayıb, bu məsuliyyət mənim üçün daha da önəmlidir. Uşaqlıqdan qarı, qışı və xizəyi sevirəm. Özümü sınamaq və bu idman növündə ən yüksək nəticəyə çatmaq istəyi məni bu yola gətirdi. İnanıram ki, dağ xizəkçiliyi gələcəkdə Azərbaycanda daha da inkişaf edəcək”.
 

O, Oyunlara hazırlıq prossesi barədə də məlumat verib: “Hazırlıq prossesim yüksək keyfiyyət və davamlı proqram üzərində qurulub. Mütəmadi məşqlərlə yanaşı, Şahdağda xüsusi hazırlıq mərhələsi keçmişəm. Həmçinin peşəkar fiziki hazırlıq, düzgün bərpa prosesi və psixoloji dayanıqlılığın gücləndirilməsi əsas diqqət mərkəzindədir”.


Xatırladaq ki, Azərbaycanı fevralın 6-dan 26-dək Milan və Kortina şəhərlərində keçiriləcək Qış Olimpiya Oyunlarında 2 idmançı təmsil edəcək. Anastasiya Papatomadan başqa, fiqurlu konkisürən Vladimir Litvintsev də nüfuzlu yarışda iştirak hüququ qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin