"Beşiktaşı"ın futbolçusu klubdan ağlayaraq ayrıldı - VİDEO

Hazırda oxunan: "Beşiktaşı"ın futbolçusu klubdan ağlayaraq ayrıldı - VİDEO

589578

"Beşiktaş" klubu təcrübəli müdafiəçisi Qabriel Paulista ilə yollarını ayırmağa hazırlaşır.

Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu Antalyada keçirilən təlim-məşq toplanışını yarımçıq qoyaraq komandanın düşərgəsini tərk edib.
 

Məlumata görə, buna futbolçunun valideynlərinin səhhətinin pisləşməsi səbəb olub. "Qara qartallar"ın yaydığı rəsmi açıqlamada futbolçunun bu istəyinin anlayışla qarşılandığı qeyd olunub.


Qeyd edək ki, 35 yaşlı müdafiəçi 2024-cü ilin yayında "Atletiko"dan ayrıldıqdan sonra "Beşiktaş"a azad agent kimi qoşulub.

O, "ağ-qaralar"ın heyətində ümumilikdə 45 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin