"Trabzonspor" nigeriyalı futbolçu ilə ANLAŞDI

Hazırda oxunan: "Trabzonspor" nigeriyalı futbolçu ilə ANLAŞDI

589571

Türkiyə Superliqasında çempionluq mübarizəsi aparan "Trabzonspor" klubu heyətini yeni müdafiəçi ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, klub Avstriyanın "Volfsberq" klubundan Çibuyke Qodfrey Nvayvunu transfer edib.
 

Məlumata görə, 22 yaşlı nigeriyalı müdafiəçi ilə 4.5 illik müqavilə imzalanıb. "Trabzonspor" bu keçid üçün qarşı tərəfə ümumilikdə 5.5 milyon avro təzminat ödəyəcək.


Qeyd edək ki, futbolçu cari mövsümdə "Volfsberq"in heyətində 16 matça çıxıb və 1 qol vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin