ÇL-nin oyunları bu topla OYNANILACAQ

Hazırda oxunan: ÇL-nin oyunları bu topla OYNANILACAQ

589568

Almaniyanın məşhur idman brendi "Adidas" 2025/2026 mövsümü Çempionlar Liqasının liqa mərhələsinin 7-ci və 8-ci turları, eləcə də pley-off oyunları üçün nəzərdə tutulan rəsmi topu təqdim edib.

Bizim.Media xəbər verir ki, yeni top özünəməxsus dizaynla hazırlanıb.
 

Məlumata görə, ağ rəngdə hazırlanan topun üzərindəki ənənəvi ulduzlar bu dəfə gümüşü rəngə boyanıb.


Bu seçim şirkətin UEFA ilə rəsmi top təchizatçısı kimi əməkdaşlığının 25 illik yubileyinə həsr olunub.

Qeyd edək ki, yeni dizayn 2000/2001-ci il mövsümünün topundan ilhamlanaraq hazırlanıb.

Topun səthi kiçik ulduz şəklində relyeflə örtülüb və üzərində yubileyi bildirən yazı yerləşdirilib. Ulduzların kənarlarındakı bənövşəyi haşiyə isə turnirin prestijini vurğulamaq məqsədi daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin