“Qarabağ” 2 milyonluq hücumçu ilə MARAQLANIR

Hazırda oxunan: “Qarabağ” 2 milyonluq hücumçu ilə MARAQLANIR

589562

"Qarabağ" bolqarıstanlı 19 yaşlı futbolçu Kristiyan Balovu transfer siyahısına daxil edib.

Bizim.Media xəbər verir ki, "Transfermarkt"da transfer dəyəri 500 min avro olaraq göstərilən vingeri "Slaviya" (Sofiya) 2 milyon avrodan aşağı satmaq niyyətində deyil.

Balovu Ağdam klubu ilə yanaşı, “Anderlext”, “Trabzonspor”, “Ludoqorets”, “Rakuv Çenstoxova” da transfer etmək istəyir.

Qeyd edək ki, Bolqarıstanın 21 yaşadək millisinin üzvü olan futbolçu bu mövsüm klubu ilə çıxış etdiyi 21 rəsmi matçda 3 qol və 3 asistlə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin