Ronaldonun iddialı arzusu: klubu satın almaq istəyir

Hazırda oxunan: Ronaldonun iddialı arzusu: klubu satın almaq istəyir

589558

“Əl-Nəsr” klubunun ulduz futbolçusu Kriştiano Ronaldo gələcəkdə futbol klubu sahibi olmağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, "MatchDay Central" nəşrinin məlumatına görə, portuqaliyalı hücumçunun hədəfi sabiq komandası "Mançester Yunayted"dir.
 

Ronaldo yaxın dostuna ən böyük arzusunun bir gün "qırmızı şeytanlar"ın sahibi olmaq olduğunu etiraf edib. Futbolçu gələcəkdə "Old Trafford"a oyunçu kimi yox, məhz klub sahibi kimi qayıtmağı hədəfləyir.


Xatırladaq ki, Kriştiano Ronaldo 2003-2009 və 2021-2022-ci illərdə İngiltərə nəhənginin şərəfini qoruyub.

O, "Mançester Yunayted" forması ilə ümumilikdə 346 oyuna çıxıb, 145 qol vurub və 73 məhsuldar ötürmə edib. Portuqaliyalı ulduz bu klubla Çempionlar Liqası və İngiltərə Premyer Liqası (3 dəfə) daxil olmaqla, ümumilikdə 9 titul qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin