“Qəbələ”də nigeriyalı hücumçu

Hazırda oxunan: “Qəbələ”də nigeriyalı hücumçu

589545

“Qəbələ”qış fasiləsində ikinci transferini reallaşdırıb. 

Bizim.Media xəbər verir ki, “qırmızı-qaralar” nigeriyalı hücumçu İsmaheel Akinade ilə anlaşıb. 
 

31 yaşlı hücumçu ilə 1.5 illik müqavilə imzalanıb. Karyerasına İrlandiyanın “Bray Vanderers” komandasında başlayan futbolçu daha sonra bu ölkədə “Bohemians” və “Vaterford” kimi klublarda çıxış edib.


Son klubu Özbəkistan Super Liqa təmsilçisi “Andijon” olan forvard bu komanda ilə çempionatda keçirdiyi 12 oyunda 2 qol və 1 məhuldar ötürmə ilə yadda qalıb.

Akinade həmçinin “Andijon”un heyətində Asiya Çempionlar Liqasında da 6 matçda iştirak edib və 1 dəfə fərqlənib.

Qeyd edək ki, "Qəbələ" bundan öncə müdafiəçi Seydina Keyta ilə də müqavilə bağlayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin