"Kəpəz" qış fasiləsində ilk transferini reallaşdırıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Sarı-göylər” qış transfer dönəmində Veysəl Rzayevin keçidini rəsmiləşdirib. 23 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi Gəncə təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, Veysəl mövsümün ilk yarısını “Turan-Tovuz”da keçirib. Bu müddət ərzində Premyer Liqada 3 oyuna 1 qol vuran Rzayev, ölkə kubokunda 2 matç keçirib və 1 dəfə fərqlənib.
Bizim.Media
































































































