“Neftçi” klubunun danışıq apardığı daha bir futbolçunun adı bəlli olub.
Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, paytaxt təmsilçisi “Rux” klubunun yarımmüdafiəçisi Denis Pidqurski ilə danışıqlara başlayıb.
“Neftçi”nin yeni baş məşqçisi Yuri Vernidub məxsusi olaraq Pidqurskinin keçidində maraqlıdır. “Neftçi” futbolçunun mövsümün sonunda müqaviləsinin başa çatdığına görə onu heyətə cəlb etməyə çalışır.
Qeyd edək ki, Ukrayna mətbuatı daha əvvəl “Neftçi”nin “Şaxtyor”dan Dimitri Topalov və “Polesye”dən Danil Beskorovoyla maraqlandığını yazmışdı.
Bizim.Media
































































































