“Qarabağ” İsveçin “Myöllbü” klubunun pakistanlı futbolçusu Abdullah İqballa maraqlanır.
Bizim.Media xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, Azərbaycan klubu 23 yaşlı mərkəz müdafiəçisi üçün artıq təklif göndərib.
Qeyd edək ki, Abdullah İqbal ötən mövsüm “Myöllbü”nün heyətində İsveç çempionatında 24 oyun keçirib, 2 məhsuldar ötürmə edib. Onun klubu ilə müqaviləsi 2028-ci ilin dekabrına qədərdir.
Pakistan millisinin kapitanı yığmada 19 matçda meydana çıxıb.
Bizim.Media
































































































