"Bornmut"un hücumçusu uzunmüddətlik sıradan çıxdı

Hazırda oxunan: "Bornmut"un hücumçusu uzunmüddətlik sıradan çıxdı

589370

"Bornmut"un hücumçusu Castin Kluvert sıradan çıxıb.

Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, Niderland millisinin üzvü cərrahi əməliyyat olunacaq.
 

Məlumata görə, 26 yaşlı futbolçu Premyer Liqanın 20-ci turunda “Arsenal”la keçirilən və 2:3 hesabı ilə məğlub olduqları qarşılaşmada zədələnib. Oyunun 74-cü dəqiqəsində meydanı tərk edən hücumçunun sol dizindən ciddi xəsarət aldığı müəyyənləşib.


Bildirilir ki, əməliyyatdan sonra Kluverti uzunmüddətli bərpa dövrü gözləyir. O, həmin müddətdə komandasına kömək edə bilməyəcək.

Klubun tibbi personalı futbolçunun reabilitasiya prosesinə tam nəzarət edəcək.

Qeyd edək ki, klub yaydığı bəyanatda Castinə şəfa diləyib və onun tezliklə meydanlara qayıtmasını səbirsizliklə gözlədiklərini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin