“Zirə” Rüfət Abdullazadə ilə RAZILIĞA GƏLDİ

Hazırda oxunan: “Zirə” Rüfət Abdullazadə ilə RAZILIĞA GƏLDİ

589266

"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.

Bizim.Media xəbər verir ki, qəsəbə təmsilçisi "Varajdin"in futbolçusu Rüfət Abdullazadə ilə anlaşıb.

Rəşad Sadıqov millimizin də üzvü olan futbolçunu sərəncamında görmək istəyib.

Tərəflər icarə müqaviləsində razılığa gəlib və "Varajdin" Abdullazadəni yarım mövsümlük "Zirə"də oynamasına icazə verib.

24 yaşlı futbolçunun Xorvatiya klubu ilə müqavilə müddəti 2028-ci il mayın 31-nə qədərdir.

Əlavə edək ki, Rüfətin adı daha çox "Kəpəz"lə hallanırdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin