“Samir Abasovun “Neftçi”dən istefaya göndərilməsi düzgün addım idi. Çünki bundan öncə gedişi zamanı həmin heyəti o yığmamışdı. Bu dəfə isə heyəti Samir özü yığmışdı, nəticə yox idisə, demək məşqçi günahkardır”.
Bu sözləri Bizim.Media-ya açıqlamaısnda veteran futbolçu milli komandamızın keçmiş üzvü Tərlan Əhmədov deyib.
O, həmçinin paytaxt klubunun yeni baş məşqçisi Yuri Vernidub haqqında da danışıb:
“İndidən Vernidubun hansı nəticəni göstərəcəyini demək düzgün deyil. Hər şey onun işə yanaşmasından, futbolçularla iş prinpindən asılı olacaq. Ukraynalı məşqçilər bir qədər aqressiv olurlar. Onlarla işləmək o qədər də asan deyil. Həm də burada komandanın hazırkı vəziyyətini də nəzərə almaq lazımdır.
Məncə, bu mövsüm “Neftçi” ciddi uğur qazanmayacaq. Əsas planlar gələn mövsümlə bağlı olacaq. “Neftçi” bu il maksimum 4-cü yeri tuta bilər. O da əgər digər komandalar xal itirsə. Bir məsələ də var ki, çempion olmaq istəyən komanda heç-vaxt 7-8-ci yerdə komandalardan futbolçu transfer etməz”.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
11:05 / 06.01.2026
Tərlan Əhmədov: “Bu il “Neftçi” maksimum 4-cü yeri tuta bilər”
Hazırda oxunan: Tərlan Əhmədov: “Bu il “Neftçi” maksimum 4-cü yeri tuta bilər”
Hazırda oxunan: Tərlan Əhmədov: “Bu il “Neftçi” maksimum 4-cü yeri tuta bilər”
589228
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































