FIDE-nin Namizədlər Turnirində Azərbaycandan heç kim iştirak etməyəcək – FOTO

Hazırda oxunan: FIDE-nin Namizədlər Turnirində Azərbaycandan heç kim iştirak etməyəcək – FOTO

589226

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2026-cı il Namizədlər Turnirinin iştirakçılarının siyahısını rəsmən təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə FIDE məlumat yayıb.

Bildirilib ki, yarış martın 29-dan aprelin 15-dək Kiprin cənub-qərb sahilində Pafos yaxınlığındakı hoteldə keçiriləcək.

Kişilər: Andrey Yesipenko (Rusiya), Fabiano Karuana, Hikaru Nakamura (hər ikisi də ABŞ), Aniş Giri (Niderland), Mattias Blubaum (Almaniya), Vey İ (Çin), Javohir Sindarov (Özbəkistan), Rameşbabu Praqnanandha (Hindistan).

Qadınlar: Aleksandra Qoryaçkina, Yekaterina Laqno (hər ikisi Rusiya), Çju Sziner, Tan Çjunyi (hər ikisi Çin), Divya Deşmux, Hampi Koneru, Rameşbabu Vayşali (hamısı Hindistan), Bibisara Asaubayeva (Qazaxıstan).

İki turnir - (açıq) FIDE Namizədlər Turniri və FIDE Qadın Namizədlər Turniri yan-yana keçiriləcək.

Tədbirin minimum mükafat fondu 1 000 000 avrodur.

Qeyd edək ki, bu turnirdə Azərbaycandan heç kim şahmatçı iştirak etməyəcək.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin