“Qarabağ” 2025/26 mövsümünün ikinci hissəsinin hazırlığına start verib.
Bizim.Media xəbər verir ki, bu gün “Azersun Arena”dakı təlim-məşq bazasında bir araya gələn kollektiv 2026-cı ilin ilk məşqini keçirib.
Komandanın hazırlıq planının ikinci mərhələsi yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da keçiriləcək. Komanda həmin müddətdə təlim-məşq toplanışını davam etdirəcək.
Toplanış çərçivəsində “Qarabağ” iki yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmaların yanvarın 12-də və 16-da keçirilməsi nəzərdə tutulur. Rəqib komandaların adları müəyyənləşdikdən sonra bu barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Ağdam təmsilçisi yeni ildə ilk rəsmi oyununu yanvarın 21-də UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirəcək.



Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
20:45 / 03.01.2026
“Qarabağ” qış hazırlığına başladı - FOTO
Hazırda oxunan: “Qarabağ” qış hazırlığına başladı - FOTO
Hazırda oxunan: “Qarabağ” qış hazırlığına başladı - FOTO
588811
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































