"Beşiktaş"ın müdafiəçisi Feliks Uduoxay karyerasını Fransada davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, "Paris" almaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Parislilər Uduoxay üçün İstanbul klubuna rəsmi təklif göndərib. Liqa 1 təmsilçisi 28 yaşlı mərkəz müdafiəçisini satınalma bəndi ilə icarəyə götürməyi planlaşdırır. Super Liqa nəhəngi təcrübəli oyunçunu 4-5 milyon avroya satmağa hazırdır.
Qeyd edək ki, Feliks Uduoxay bu mövsüm "Beşiktaş"ın heyətində 11 rəsmi matçda meydana çıxıb. Onun "ağ-qaralar"la müqaviləsi 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
17:43 / 03.01.2026
Fransa klubu “Beşiktaş”a təklif göndərdi
Hazırda oxunan: Fransa klubu “Beşiktaş”a təklif göndərdi
Hazırda oxunan: Fransa klubu “Beşiktaş”a təklif göndərdi
588781
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































