Azərbaycan Premyer Liqasında birinci dövrədə ən çox geridönüş edən komanda “Zirə”dir.
Bizim.Media Futbolpress.az-a istinadən xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv 16 turda 7 dəfə hesabda geri düşüb.
Komanda bu görüşlərin 3-nü çevirib, qələbə qazanmağı bacarıb. Digər görüşlərdə isə 2 heç-heçə, 2 məğlubiyyət yaşanıb.
Bu göstəricidə ikinci sırada “Sumqayıt”dır. “Kimyaçılar” 16 turda 10 dəfə hesabda geri düşüb. Saşa İliçin rəhbərlik etdiyi kollektiv 3 matçı qazanıb, 2 dəfə heç-heçə edib, 5 dəfə isə uduzub.
“Üçlüy”ü “Araz-Naxçıvan” tamamlayır. Komandanın 10 oyununda hesabı rəqiblər açıb. Bu matçların 2-də qələbə qazanan naxçıvanlılar, 4 dəfə heç-heçə edib, 4 dəfə uduzub.
Statistikanın ən pis göstəricisi “Qəbələ”yə məxsusdur. Kaxaber Sxadadzenin rəhbərlik etdiyi komanda rəqibin hesabı açdığı bütün oyunlarda uduzub – 11 matç.
“Karvan-Yevlax” isə 14 dəfə geri düşdüyü matçda iki dəfə heç-heçəyə nail olub. Qalan görüşlər isə yevlaxlıların məğlubiyyəti ilə başa çatıb.
Bizim.Media

































































































