“Neftçi”nin yoxlama oyunlarının vaxtı bilindi

Hazırda oxunan: “Neftçi”nin yoxlama oyunlarının vaxtı bilindi

588636

Mövsümün ikinci hissəsinə Əbu-Dabidə hazırlaşacaq “Neftçi” təlim-məşq prosesi çərçivəsində 3 yoxlama oyununa çıxacaq.

Bizim.Media xəbər verir ki, “ağ-qaralar”ın ilk görüşü “Kayrat”a (Qazaxıstan) qarşı olacaq. Oyun yanvar 9-na planlaşdırılıb. Görüşün başlama saatı yerli vaxtla 19:00-a nəzərdə tutulub.

“Neftçi”nin digər iki rəqibi isə Misir və Çin klubları olacaq. Həmin kollektivlərlə qarşılaşmalar yanvarın 12-si və 16-na planlaşdırılıb.

“Neftçi” sonuncu görüşlə Əbu-Dabi toplanışını başa vuracaq və yanvarın 17-də Azərbaycana qayıdacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin