FCSB klubu "Qarabağ"la oynamaqdan İMTİNA ETDİ

Hazırda oxunan: FCSB klubu "Qarabağ"la oynamaqdan İMTİNA ETDİ

588585

Rumıniyanın FCSB klubu "Qarabağ"la yoxlama oyunu keçirməkdən imtina edib.

Bizim.Media xəbər verir ki, komandanın meneceri Mihay Stoyka "Prima Sport"a açıqlamasında "Qarabağ"dan oyun təklifi aldıqlarını təsdiqləyib.
 

"Qarabağ" bizdən onlarla oynamaq istəyib-istəmədiyimizi soruşdu. Lakin onlarla oynasaq, bu, əhval-ruhiyyəmizi aşağı sala bilər. Onlar yanvarın 12-də oynamaq istəyirdilər, amma biz yanvarın 16-da "Beşiktaş"la oynayacağıq", - deyə Stoyka bildirib.


Qeyd edək ki, "Qarabağ" yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin