“Çelsi”nin baş məşqçisi istefaya göndərildi

Hazırda oxunan: “Çelsi”nin baş məşqçisi istefaya göndərildi

588495

İngiltərənin “Çelsi” klubu baş məşqçisi Enzo Mareska ilə yollarını ayırıb.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Enzo Mareska 2024-cü ilin yayında “Çelsi”nin baş məşqçisi təyin olunmuşdu.

“Zadəganlar” 45 yaşlı məşqçinin rəhbərliyi altında ötən mövsüm həm Konfrans Liqasının, həm də Klublararası Dünya Çempionatının qalibi olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin