Mahir Emrelinin SON DURUMU

Hazırda oxunan: Mahir Emrelinin SON DURUMU

588481

2-ci Bundesliqanın 12-ci turunda “Herta”ya (Berlin) 0:1 uduzduqları görüşdə zədələnən “Kayzerslautern” və millimizin futbolçusu Mahir Emrelinin bərpa prosesi daha da sürətli gedir.

Bizim.Media xəbər verir ki, millimizin vingeri artıq fərdi məşqlərə başladığı üçün vaxtından əvvəl meydana qayıda bilər.
 

O, gələn həftə topla məşqlərə start verəcək. Azərbaycan millisinin vingerinin ən pis halda 2-ci Bundesliqanın qarşıdakı 2 turunu buraxacağı ehtimal edilir.


Qeyd edək ki, 2-ci Bundesliqanın növbəti turuna yanvarın 16-da start veriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin