FİFA “The Best”i ləğv edir - Yeni mükafat yaradılır

Hazırda oxunan: FİFA “The Best”i ləğv edir - Yeni mükafat yaradılır

588378

FİFA illik “The Best” mükafatının verilməsini dayandıracağını və Dubay İdman Şurası (DSC) ilə əməkdaşlıq çərçivəsində yeni mükafat yaradacağını açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Qurumun prezidenti Canni İnfantino bildirib:

“Dubayla əməkdaşlıq etməkdən məmnunuq. Bu yeni mükafat təkcə təltif mərasimi olmayacaq, həm də futbolu və ilin ən yaxşı oyunçularını sahədə və sahədən kənarda qeyd etməyin innovativ yolu olacaq”.
 

Əməkdaşlıq memorandumu Dubayda keçirilən Ümumdünya İdman Sammiti zamanı imzalanıb. FİFA çərçivəsində hər il ən yaxşı futbolçular və futbol xadimləri təltif olunacaq və yeni mükafat FİFA-nın yeganə rəsmi mükafatı olacaq. İlk təltif mərasimi 2026-cı ildə keçiriləcək.


Xatırladaq ki, “PSJ”-nin hücumçusu Usman Dembélé sonuncu “The Best” mükafatının sahibi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin