“Beşiktaş” “Spartak”ın vingeri Teo Bonqondonu icarəyə götürməyi planlaşdırır.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, “qara qartallar” Konqo Demokratik Respublikası millisinin üzvü ilə yaxından maraqlanır.
Hətta Türkiyə klubunun skautları Bonqondonu canlı izləmək üçün Mərakeşə yollanıb.
Məsələ burasındadır ki, onlar Konqo DR-nın aparıcı üzvü olan Bonqondonu Afrika Millətlər Liqasının oyununda yaxından izləyib.
“Spartak”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədər olan Teonun qışdan sonra “Beşiktaş”da icarə əsasında oynamağa razı olub-olmayacağı Afrika Millətlər Liqasındakı turnirdən sonra dəqiqləşəcək.
2023-cü il iyun ayından “Spartak”da çıxış edən vinger “Zulte Varegem”, “Selta”, “Trabzonspor”, “Genk”, “Kadiz” klublarının formasını geyinib.
Rəşad Rafiqoğlu, Bizim.Media



































































































