“Barselona”nın prezidentinə qarşı dələduzluq İTTİHAMI

Hazırda oxunan: “Barselona”nın prezidentinə qarşı dələduzluq İTTİHAMI

588235

İspaniyanın “Barselona” klubunun prezidenti Joan Laporta bir qadına qarşı mümkün dələduzluq işi üzrə rəsmi şəkildə ittiham olunub.

Bizim.Media xəbər verir ki, söhbət Laporta ilə əlaqəli iki şirkətə 100 min avro (təxminən 200 000 AZN) sərmayə yatıran qadının iddiasından gedir və prokurorluq bunu mümkün fırıldaqçılıq kimi qiymətləndirir.
 

Məlumata görə, yanvarın 16-da Laporta bu iş üzrə ifadə verməlidir. O, “Barselona”nın vitse-prezidenti Rafael Yuste, həmçinin klubun sabiq rəhbər şəxsləri Xavier Sala Martin və Joan Oliver ilə birlikdə məhkəməyə çağırılıb.


İstintaq orqanları sərmayənin necə yönləndirildiyini, vəsaitlərin təyinatı üzrə istifadə edilib-edilmədiyini və mümkün qanun pozuntularının olub-olmadığını araşdırır.

Qeyd olunur ki, hazırda ittiham mərhələsi istintaq xarakteri daşıyır və məhkəmə qərarı çıxarılana qədər Laporta günahsız hesab olunur.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin