FİFA prezidenti Canni İnfantino qarşıdan gələn DÇ-2026 ilə bağlı həyəcandan danışıb.
Bizim.Media "Reuters"ə istinadən xəbər verir ki, o, deyib:
"Satışda 6-7 milyon biletimiz var. 15 gün ərzində 150 milyon müraciət aldıq. Bu, hər gün 10 milyon müraciət deməkdir. Bu, Dünya Kubokunun gücünü və əhəmiyyətini göstərir.
FİFA olmasaydı, futbol dünyanın 150 ölkəsində mövcud olmazdı. Biz Dünya çempionatından əldə edilən gəlirləri dünyanın hər yerinə yenidən investisiya edirik".
Qeyd edək ki, DÇ-2026 ABŞ, Meksika və Kanada olmaqla üç ölkədə keçiriləcək.
Bizim.Media



























































































