“Qarabağ”ın futbolçusu Marko Yankoviç gələcək məşqçilik karyerası üçün növbəti addımı atıb.
Bizim.Media xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi daxili çempionatda yaranan fasilədən yararlanaraq ölkəsində təşkil olunan UEFA A kateqoriyalı məşqçi kurslarına qatılıb.
Təlim prosesini və imtahan mərhələsini uğurla tamamlayacağı təqdirdə, 29 yaşlı futbolçu UEFA A lisenziyasına sahib olacaq.
Bu kurslarda Marko Yankoviçlə yanaşı, daha əvvəl “Qarabağ”da çıxış etmiş Marko Veşoviç də iştirak edir.
Rəşad Rafiqoğlu, Bizim.Media



























































































