"Tottenhem" onun maaşını ikiqat ARTIRACAQ

Hazırda oxunan: "Tottenhem" onun maaşını ikiqat ARTIRACAQ

588068

"Tottenhem" aparıcı müdafiəçisi Mikki van de Venin maaşını artırmağa hazırlaşır.

Bizim.Media xəbər verir ki, "TEAMtalk"un məlumatına görə, London klubu 24 yaşlı niderlandlını komandada saxlamaq üçün ciddi addımlar atır.

Ötən mövsüm klubda Avropa Liqasını qazanan, lakin zədələr səbəbindən tam potensialını göstərə bilməyən futbolçu bu il öz formasındadır. O, Tomas Frankın rəhbərliyi altında Premyer Liqada 18 oyunun 17-də start heyətdə meydana çıxıb və 3 qol vurub.
 

Bildirilir ki, onun bu performansı "Real" və "Bavariya"nın diqqətini çəksə də, London təmsilçisi oyunçunu satmaq niyyətində deyil. Əksinə, klub rəhbərliyi onu gələcəyin kapitanı kimi nəzərdən keçirir.


Məlumata görə, icraçı direktor Vinay Venkatesham artıq futbolçunun nümayəndələri ilə ilkin danışıqlara başlayıb. Yeni müqaviləyə əsasən, futbolçunun həftəlik 90 min funt sterlinq olan hazırkı məvacibi ikiqat artırılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin