“Araz Naxçıvan”ın yeni baş məşqçisi Bakıya nə vaxt gələcək?

Hazırda oxunan: “Araz Naxçıvan”ın yeni baş məşqçisi Bakıya nə vaxt gələcək?

588002

"Araz-Naxçıvan"ın mövsümün ikinci yarısı üçün təlim-məşq toplanışının planları bəlli olub. 

Bizim.Media xəbər verir ki, Naxçıvan təmsilçisi yanvarın 5-də Bakıda toplanacaq və paytaxtda hazırlıq keçəcək.
 

Komandanın yeni təyin olunmuş baş məşqçisi Andrey Demçenko isə qış toplanışı zamanı Bakıya gələcək. Onun yanvarın ilk günlərində paytaxtımıza təşrif buyuracağı gözlənilir.


"Araz-Naxçıvan"ı mövsümün ikinci hissəsinə məhz ukraynalı hazırlayacaq.

Naxçıvan təmsilçisi təlim-məşq toplanışı zamanı iki yoldaşlıq oyunu keçirməyi planlaşdırır. 49 yaşlı veteran futbolçu ÇSKA(Moskva), “Ayaks”, “Metallurq”(Zaporojye), “İlyiçevets”, “Obolon”, “Daçiya” klublarında oynayıb. O, “Obod”, “Lvov”, “Metallist”(Xarkov), “Dila”(Qori), “Dinamo”(Batumi), “Jenis” klublarını çalışdırıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin