“Kəpəz” bu futbolçunu transferə çıxardı

Hazırda oxunan: “Kəpəz” bu futbolçunu transferə çıxardı

587987

Misli Premyer Liqanın ilk yarısında qeyri-sabit çıxış edən “Kəpəz” mövsümün ikinci hissəsinə fərqli ab-hava ilə başlamaq niyyətindədir. 

Bizim.Media xəbər verir ki, Gəncə təmsilçisi daha bir futbolçunun xidmətindən imtina edib.

“Sarı-göylər” bu ilin oktyabrında sıralarına qatdığı Şahmar Aşurovu transferə çıxarıb. Son klubu “Zirə” olan 21 yaşlı hücumçunun müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Qeyd edək ki, Şahmar Aşurov cari mövsüm Gəncə klubunun heyətində Misli Premyer Liqada 7 oyun keçirib, qol və məhsuldar ötürməylə yadda qalmayıb. O, ölkə kubokunda 2 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin