AFFA-nın milliləşdirmək istədiyi futbolçu Rusiyada klubunu dəyişdi

Hazırda oxunan: AFFA-nın milliləşdirmək istədiyi futbolçu Rusiyada klubunu dəyişdi

587928

"SKA-Xabarovsk"un əslən Azərbaycandan olan futbolçusu Sadıq Bağıyev Rusiyada komandasını dəyişib.

Bizim.Media xəbər verir ki, AFFA-nın da maraq dairəsində olan və millimizə potensial namizəd "Torpedo" ilə anlaşıb.

Həmyerlimiz Moskva təmsilçisi ilə 3,5 illik müqavilə imzalayıb. Artıq keçid rəsmiləşib.
 

"Torpedo" Bağıyevə görə "SKA-Xabarovsk"a 14 milyon rubl (təxminən 300 min manat) təzminat ödəyib. 21 yaşlı futbolçu 2024-cü il sentyabr ayında "Kuban Holdinq"dən "SKA-Xabarovsk"a keçmişdi.


O, bundan əvvəl "Ekaterinodar", "Spartak" (Tambov) klublarında oynayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin