"Real" Luka Modriçin gedişindən sonra yaranan boşluğu doldurmaq üçün axtarışlarını davam etdirir.
Bizim.Media xəbər verir ki, "kral klubu" hələ ötən mövsümdən xorvatiyalı ulduzu əvəz edəcək yarımmüdafiəçi axtarışındadır.
Lakin rəhbərlik indiyədək heç bir namizəd üzərində tam dayanmayıb. Bildirilir ki, bəzi ulduz futbolçular büdcəyə uyğun gəlməyib, gənclər isə tələbləri tam qarşılamayıb.
Klub daxilində Arda Güler və Cud Bellinqem variantları nəzərdən keçirilib. Lakin Ardanın hələ bu rola tam hazır olmadığı və zamana ehtiyac duyduğu, Bellinqemin isə daha çox hücumların tamamlanmasında faydalı olduğu qənaətinə gəlinib.
Məlumata görə, hazırda "Real"ın əsas hədəfi PSJ-nin yarımmüdafiəçisi Vitinyadır. Ancaq bu keçidin reallaşması indiki məqamda qeyri-real görünür.
Bizim.Media

- A-
- A
- A+
İdman
22:35 / 27.12.2025
"Real" hələ də ideal əvəzləyicini TAPA BİLMİR
Hazırda oxunan: "Real" hələ də ideal əvəzləyicini TAPA BİLMİR
Hazırda oxunan: "Real" hələ də ideal əvəzləyicini TAPA BİLMİR
587730
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































